İsraillə qaz razılaşması

İsraildə qaz razılaşması ləğv edilib.

459696
İsraillə qaz razılaşması

İsraildə qaz razılaşması ləğv edilib.

İsrailin Ali Məhkəməsi hökumətin Aralıq dənizində yerləşən qaz yatağının istismarı üçün Amerika və İsraillin iki enerji firması ilə imzaladığı razılaşmanın "problemli" olduğu qərarına gəlib.

Məhkəmə razılaşmanın məclisdə yenidən müzakirə edilməsi üçün hökumətə bir il vaxt verib.

Qərara səbəb "Anlaşmanın inzibati hüquq qaydalarına zidd olaraq, inhisarçılığın olması" göstərilir.

Nəzərinizə çatdıraq ki, Ali Məhkəmə qərarı yerli mətbuatda İsrailin Baş naziri Benyamin Netanyahu üçün "məğlubiyyət" olaraq qiymətləndirilir.

Qeyd edək ki, İsrail Ali Məhkəməsi ölkədəki ən yüksək səviyyəli məhkəmə orqanı olduğu üçün qərar məcburi xarakter daşıyır.

Digər tərəfdən məhkəmə qərarına reaksiya göstərən Netanyahu, qərarın "Aralıq dənizindəki qaz ehtiyatları ilə əlaqədar işlərə ciddi şəkildə təsir edəcəyi və ölkə iqtisadiyyatına ağır zərbə vuracağını" bildirib.



Әlaqәli Xәbәrlәr