ABŞ-da terror qurbanları yad edilib

ABŞ-ın Nyu York şəhərində Türkiyə və Belçikadakı terror hadisələrində vəfat edənlər üçün anım mərasimi təşkil olunub.

457973
ABŞ-da terror qurbanları yad edilib

ABŞ-ın Nyu York şəhərində Türkiyə və Belçikadakı terror hadisələrində vəfat edənlər üçün anım mərasimi təşkil olunub.

Nyu York Universitetində təhsil alan tələbələr Ankara, İstanbul və Brüsseldə vəfat edənləri yad ediblər.

Əksəriyyəti müsəlman olan tələbələr terror qurbanlarını yad etmək üçün universitetin Kimmel Center pilləkənlərində toplaşıblar.

Tələbələr terror hadisələrinə qarşı birlik mesajları verərək fərqli inanclara sahib insanların bu cür hadisələrə qurban getməsinə sərt reaksiya bildiriblər.

Tələbələr qeyd edib ki, bizim kim olduğumuz vacib deyil, hamımız fərqli mədəniyyətlərin süni düşmənçilik və müharibələrin qurbanlarıyıq. Brüssel, Bağdad, Ankara, Paris, İstanbul, Qəzzə, Diyarbəkir və Dəməşqdə vəfat edənlər artdıqca insanlığımız da o qədər sürətli məhv olacaq.

Tələbələr verdikləri açıqlamadan sonra terrora qurban gedənlərin xatirəsinə şam yandırıblar.

Anım mərasimi Nyu-York İslam Mərkəzi, Yəhudi Tələbə və Həyat Mərkəzi, Katolik Mərkəzi, Çox Mədəniyyətli Təhsil Mərkəzi, Qlobal Dini Həyat Mərkəzi, LGBTQ Tələbə Mərkəzi və Protestant Həyat Tələbə Birliyi dərnəklərinin dəstəyi ilə təşkil edilib.

Tələbələr əvvəllər də Bağdad, Beyrut və Parisdəki terror hücumlarına etiraz olaraq tədbirlər təşkil etmişdilər.



Әlaqәli Xәbәrlәr