Yәmәndә әtәşkәs rejimi aprelin 10-da qüvvəyə minəcək

Bu barədə BMT-nin Yəmən üzrǝ xüsusi nümayəndəsi İsmayil Vələd Şeyx Əhməd bildirib.

457055
Yәmәndә әtәşkәs rejimi aprelin 10-da qüvvəyə minəcək

Birləşmiş Millətlər Tǝşkilatının Yəmən üzrǝ xüsusi nümayəndəsi İsmayil Vələd Şeyx Əhməd ölkədə toqquşan tərəflərin atəşkəs barǝdǝ razılığa gǝldiklǝrini açıqlayıb.

Əhmədin açıqlamasına görə, Yəməndə atəşkəs aprelin 10-u gecə yarısı qüvvəyə minəcək.

Əhməd tərəflərin sülh danışıqlarını aparmaq üçün aprelin 18-dǝ Küveytdə bir araya gələcəklərini deyib.

Qeyd edǝk ki Səudiyyə Ərəbistanı rəhbərliyindǝki koalisiya qüvvǝlǝri ötǝn ilin mart ayında Yəməndə Husilǝrǝ qarşı hava hərəkatına başlamışdı.


Etiketlәr: #BMT , #Yәmәn

Әlaqәli Xәbәrlәr