Slovakiyada koalisiya hökuməti quruldu

Ölkə başçısı 4 partiyadan ibarət koalisiya hökuməti qurulmasını təsdiqləyib

457654
Slovakiyada koalisiya hökuməti quruldu

Slovakiyada 5 martda keçirilən seçkilərdən sonra yeni hökumət qurulub. Ölkə başçısı Andrej Kiska Robert Fisonun Baş nazirliyi altında 4 partiyadan ibarət koalisiya hökuməti qurulmasını təsdiqləyib.

Koalisiya hökumətinin 150 üzvlü parlamentdə 81 millət vəkili var.

Üçüncü dəfə Baş nazir olan Fiso qaçqın və müsəlman əleyhdarı kimi tanınır. O, özünün seçki kampaniyasında ölkəsinə "Tək bir müsəlman immiqrantı qəbul etməyəcəyini" bildirmişdi.

Qeyd edək ki, Slovakiya iyul ayında Avropa İttifaqının dövri sədrliyini təhvil alacaq.



Әlaqәli Xәbәrlәr