ABŞ Prezidenti Barak Obamanın Kubaya tarixi səfəri

Kubaya tarixi səfərini reallaşdıran ABŞ Prezidenti Barak Obama Havanada Kuba prezidenti Raul Kastro ilə görüşüb.

455814
ABŞ Prezidenti Barak Obamanın Kubaya tarixi səfəri

Kubaya tarixi səfərini reallaşdıran ABŞ Prezidenti Barak Obama Havanada Kuba prezidenti Raul Kastro ilə görüşüb.

İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Obama Kubanı ölkəsi üçün bir təhlükə olaraq görmədiyini vurğulayaraq, səfərinin iki ölkə əlaqələrində yeni bir səhifə açacağına ümid etdiyini bildirib və ticarət əlaqələrini inkişaf etdirməyə hazır olduqlarını deyib.

Kubanın gələcəyinə kubalıların qərar verəcəyini vurğulayan Obama fikir azadlığı və insan hüquqları məsələlərinə də toxunub və səfəri zamanı qeyri-hökumət nümayəndələri ilə də görüşəcəyini qeyd edib.

Obama Kubaya qarşı embarqonun sona çatacağını, ancaq embarqonun aradan qaldırılmasının insan hüquqları mövzusundakı problemləri aradan qaldırılması ilə bağlı olduğunu qeyd edib.

Kuba prezidenti Raul Kastro da ölkəsinə qarşı embarqoya qarşı çıxdığına görə Obamaya təşəkkür edib.

Castro embarqonun və Quantanamo körfəzindəki bazanın iki ölkə əlaqələrinin normallaşmasında maneə olaraq xarakterizə edib.

Castro ABŞ-nı insan hüquqları mövzusunda ikili standartın tətbiqində günahlandırıb və bu sahədə siyasi manipulyasiya edilməsinə qarşı olduqlarını söyləyib.

Raul Kastro dünyada beynəlxalq insan hüquqları standartlarına tam olaraq cavab verən ölkənin olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr