Suriya danışıqları tәxirә salına bilәr

Suriya rejimi martın 24-dә keçirilmәsi planlaşdırılan danışıqların ikinci turunun ölkədə aprelin 13-dә baş tutacaq parlament seçkilәri münasibәtilә tәxirә salınmasını istәyib.

454769
Suriya  danışıqları  tәxirә salına bilәr

Suriya rejimi martın 24-dә keçirilmәsi planlaşdırılan danışıqların ikinci turunun ölkədə aprelin 13-dә baş tutacaq parlament seçkilәri münasibәtilә tәxirә salınmasını istәyib.

Müxalifәt qüvvәlәri isә danışıqların tәxirә salınmasına qarşı çıxıb.

Müxalifәtin Yüksәk Müzakirә Komitәsinin sәdr müavini Yahya Kadamani:

''Qanunsuz seçkilәr üçün danışıqların tәxirә salınmasını qәbul edә bilmәrik'' deyib.

Müxalifәt Әsәd heyәtindәn Cәnәvrәdә keçirilәn danışıqlarda artıq Bәşәr Әsәdin aqibәti ilә bağlı mәsәlәlәrin müzakirә edilmәsini tәlәb edir.

Qeyd edәk ki, Әsәd heyәtinin BMT-nin Suriya üzrә xüsusi nümayәndәsi Stefan de Misturaya tәqdim etdiyi planda Әsәdin hakimiyyәtdә qalıb qalmayacağına toxunulmayıb.

Tәkliflәrdә Suriyanın әrazi bütövlüyü, terrorla mübarizә vә dünyәvilik kimi mәsәlәlәr var.

Digər tərəfdən Rusiya Suriyanın Rakka şәhәrinә avia zәrbәlәr tәşkil edib. Hücum nәticәsindә çoxu mülki vәtәndaş olmaqla 55 nəfər hәyatını itirib.

Rusiyaya mәxsus qırıcılar Suriyanın Palmira şәhәrindә dә DEAŞ-ın yerlәşdiyi bölgәlәrә hava hücumları tәşkil edir.

Rusiya prezidenti Vladimir Putin Suriya qoşunlarının Palmira şәhәrini yaxın zamanda nәzarәtinә keçirәcәyini söylәmişdi.



Әlaqәli Xәbәrlәr