İngiltǝrǝ Rusiyaya çağırış edib

İngiltǝrǝ beynǝlxalq hüquq ǝsaslarını pozduğuna görǝ qınadığı Rusiyaya Krımı Ukraynaya geri vermǝsi üçün çağırış edib.

455198
İngiltǝrǝ Rusiyaya çağırış edib

İngiltǝrǝnin xarici işlǝr naziri Philip Hammond Krımın iki ildir Rusiya tǝrǝfindǝn nahaq yerǝ işğal edilmǝsinǝ dair mǝtbuata açıqlama verǝrǝk deyib ki, Rusiya prezidenti Vladimir Putin Krımın ölkǝsinǝ birlǝşmǝsinǝ icazǝ verǝn qǝrara iki il ǝvvǝl imza qoyub. Beynǝlxalq hüququ pozduğuna görǝ Moskva idarǝsini qınayıram. Bizim mövqeyimiz aydındır. Rusiyanın qeyri-qanuni olaraq Krımın nǝzarǝtini ǝlǝ keçirmǝsini tanımırıq vǝ tanımayacağıq.

Rusiya rǝsmilǝrinin keçǝn hǝftǝ Krım Tatar Mǝclisini radikal tǝşkilat kimi tǝsvir etmǝsinin ciddi narahatlıqlara sǝbǝb olduğunu qeyd edǝn Hammond bildirib ki, inanc, bir araya gǝlmǝ, ifadǝ azadlığı kimi mövzularda mǝhdudiyyǝtlǝr vǝ özbaşına hǝbs etmǝ halları da daxil olmaqla, insan hüquqları pozuntusu barǝdǝ bütün iddialar araşdırılmalıdır.

Nazir Rusiyanı Krımı işğalına son qoymağa vǝ Krımı Ukraynaya geri qaytarmağa çağırıb.



Әlaqәli Xәbәrlәr