İşıqlar bir saatlığa söndürüldü

Dünya Təbiəti Qoruma Təşkilatı (WWF), qlobal istiləşməyə diqqət yetirmək məqsədi ilə hər il dünyada işıqlar bir saatlığa söndürülür.

454478
İşıqlar bir saatlığa söndürüldü

Bu çərçivədə 2007-ci ildə ilk dəfə Avstraliyanın Sidney şəhərində 2 milyon insan bir saatlığına işıqlarını söndürüb.

İqlim dəyişikliyini diqqətə çəkmək, təbii qaynaqlardan qənaətli istifadə etmək məqsədiylə təşkil edilən dünya səviyyəsindəki kampaniyaya bu il ilk dəfə Türkiyə də qatılıb.

Dünyadakı yaşayış komplekslərinə, təşkilat binalarına və evlərin işıqlarına tətbiq edilən bu aksiyaya Ədirnə, Çanaqqala və Nevşəhədə də dəstək verib.

Ədirnədə Səlimiyyə Məscidi və Ədirnə Sinaqoqunun işıqları bir saatlığına söndürülüb.

Çanaqqalanın simvolları olan Troya Atı və Saat Qülləsinin də işıqları bir saatlığına söndürülüb.

Dünyanın ən böyük turizm məkanlarından sayılan Nevşəhərdə Kapadokiyadaki Üçhasar qalasında saatlar 20.30-u göstərdiyi zaman işıqlandırmaya bir saatlıq fasilə verilib.



Әlaqәli Xәbәrlәr