Parisdə bir nömrəli hesab edilən şübhəli şəxs saxlanılıb

Fransanın paytaxtı Parisdə keçən ilin noyabrında baş verən terror hücumunda şübhəli bilinən Saleh Abdusalam Belçikada tutulub.

453907
Parisdə bir nömrəli hesab edilən şübhəli şəxs saxlanılıb

Fransa prezidenti Fransua Olland və Belçika Baş naziri Şarl Mişel Abdusalamın nəzarətə götürüldüyü xəbərini keçirdikləri birgə mətbuat konfransında söyləyib və bildiriblər ki, Saleh Abdusalam Molenbekdə əməliyyatda yaralı olaraq tutulub. O, ölkəsinə qaytarılaraq məhkəmə prosesinə cəlb ediləcək.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama hadisə ilə əlaqədar Fransa prezidenti Fransua Olland və Belçika Baş naziri Şarl Mişellə telefonda danışıb.

Belçika prokuroru keçirdiyi mətbuat konfransında əməliyyatlarda ümumilikdə 5 nəfərin nəzarət altına alındığını açıqlayıb.

Qeyd edək ki, Saleh Abdusalam Parisdə 130 adamın öldüyü terror hücumunun təşkilində bir nömrəli şübhəli şəxs olaraq axtarılırdı.



Әlaqәli Xәbәrlәr