Krım Tatar Milli Məclisinin bağlanması iddiası aprelin 7-ǝ qǝdǝr təxirə salınıb

Prokuror Krım Ali Məhkəməsi, Krım Etnik Əlaqələr və Sürgündən Dönən Vətəndaşlar Komitəsinin iştirak etmǝsi üçün məhkəmə prosesini növbǝti aya qǝdǝr tǝxirǝ salıb.

453057
Krım Tatar Milli Məclisinin bağlanması iddiası aprelin 7-ǝ qǝdǝr təxirə salınıb

Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Poklonskayanın Krım Tatar Milli Məclisinin fəaliyyətinin dayandırması və həddindən artıq təşkilatlanması mǝsǝlǝsi ilǝ ǝlaqǝdar qaldırdığı iddia, Krım Ali Məhkəməsi, Krım Etnik Əlaqələr və Sürgündən Dönən Vətəndaşlar Komitəsinin iştirak etmǝsi üçün məhkəmə prosesini növbǝti aya qǝdǝr tǝxirǝ salıb.

Krım Tatar Milli Məclisinin vəkili Cəmil Temişev verdiyi müsahibǝdǝ,"Krım Tatar Milli Məclisinǝ qadağa iddiası ilə əlaqədar məhkəmə iclası başladı. Şikayətçi və cavabdeh inzibati iddia ilə əlaqədar dindirildi və bir-birinə suallar verildi. Sonunda məhkəmə, Krım Etnik Əlaqələr və Sürgündən Dönən Vətəndaşlar Komitəsinin iştirakını təmin etmǝk mǝqsǝdi ilǝ prosesi aprelin 7-ǝ qǝdǝr tǝxirǝ saldı"deyə bildirib.



Әlaqәli Xәbәrlәr