İsrail ǝsgǝrlǝri 2 fǝlǝstinlini öldürüb

İsrail ǝsgǝrlǝri İordan çayının qǝrb sahilindǝ “Yǝhudi sakinlǝrdǝn bir qadını bıçaqladıqları" iddiası ilǝ 2 fǝlǝstinlini öldürüb.

452685
İsrail ǝsgǝrlǝri 2 fǝlǝstinlini öldürüb

İsrail ǝsgǝrlǝri İordan çayının qǝrb sahilindǝ “Yǝhudi sakinlǝrdǝn bir qadını bıçaqladıqları" iddiası ilǝ 2 fǝlǝstinlini öldürüb.

İsrail ordusundan verilǝn yazılı açıqlamada bildirilib ki, işğal altındakı İordan çayının qǝrb sahilindǝ yerlǝşǝn Ariel yǝhudi yaşayış mǝntǝqǝsi yaxınlığında iki fǝlǝstinlinin bir qadını bıçaqladığı irǝli sürülüb.

Açıqlamada vurğulanıb ki, iki fǝlǝstinli ǝsgǝrlǝr tǝrǝrfindǝn vurularaq öldürülüb.

Yaralanan qadın isǝ xǝstǝxanaya yerlǝşdirilǝrǝk müalicǝsinǝ başlanıb.



Әlaqәli Xәbәrlәr