İranda partlayış: 39 yaralı var

İranın paytaxtı Tehrandakı bir bazarda qaz balonunun partlaması nəticəsində 39 nəfər yaralanıb.

452267
İranda partlayış: 39 yaralı var

İranın paytaxtı Tehrandakı bir bazarda qaz balonunun partlaması nəticəsində 39 nəfər yaralanıb.

İranın rəsmi xəbər agentliyi IRNA partlayışın axşam saatlarında Tehran bazarında baş verdiyini bildirib.

Partlayışın baş verdiyi bölgəyə çox sayda yanğınsöndürmə maşını və təcili tibbi yardım maşını göndərilib.

Qeyd edək ki, partlayış nəticəsində xəsarət alanlar xəstəxanalara aparılıb.


Etiketlәr: #İran , #Tehran , #partlayış

Әlaqәli Xәbәrlәr