Cenevrə danışıqlarının dördüncü günü

Bu dəfə danışıqlara Riyad mərkəzli müxalifətdən başqa Moskva mərkəzli müxalifət də dəvət edilib

452889
Cenevrə danışıqlarının dördüncü günü

İsveçrənin Cenevrə şəhərində Suriya böhranının həllilə bağlı aparılan danışıqların dördüncü günüdür.

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura bu gün axşam müxalifətlə ikinci dəfə görüşəcək. Bu dəfə danışıqlara Riyad mərkəzli müxalifətdən başqa Moskva mərkəzli müxalifət də dəvət edilib.

Xatırladaq ki, de Mistura dünən axşam Moskva mərkəzli suriyalı müxalifətlə görüşüb. Nümayəndələr 7 maddəlik təkliflərini Misturaya təqdim edərək Cenevrə danışıqlarında Riyad mərkəzli Ali Müzakirə Şurası ilə bərabər status tələb ediblər.

Moskva mərkəzli müxalifət qruplarının həmsədri Kadri Cəmil isə rejimlə Riyad mərkəzli müxalifət arasında körpü ola biləcəklərini söyləyib.

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd 2013-cü ildə Baş nazir köməkçisi Kadri Cəmili vəzifəsindən azad etmişdi.

Bu arada, Suriya rəsmi heyəti müxalifət qruplarının danışıqlara qatılmasını məmnuniyyətlə qarşılayıb.



Әlaqәli Xәbәrlәr