Barak Obama Şimali Koreyaya yeni sanksiyalar tәdbiq edib

ABŞ prezidenti Barak Obama beynəlxalq qanunlara zidd hәrәkәt edәn Şimali Koreyaya yeni sanksiyalar tәdbiq edib.

452279
Barak Obama  Şimali Koreyaya yeni sanksiyalar tәdbiq edib

ABŞ prezidenti Barak Obama beynəlxalq qanunlara zidd hәrәkәt edәn Şimali Koreyaya yeni sanksiyalar tәdbiq edib.

Ağ Evdәn verilәn açıqlamada bildirilib ki, Şimali Koreya beynәlxalq öhdәliklәrinә uyğun hәrәkәt edәnәdәk ABŞ sanksiyaları tәdbiq etmәyә davam edәcәk.

Prezident Obamanın Konqresə sanksiyalarla bağlı göndərdiyi məktubunda: ''Şimali Koreyanın hərəkətləri ABŞ və müttəfiqlәrinin təhlükəsizliyini tәhdid edir'' deyә qeyd edilib.

Yeni sanksiyalar Şimali Koreyanın nəqliyyat, mədən, energetika və maliyyə sahəsində xidmət edən şəxsləri, hökumət adına fәaliyyәt göstәrәnlәri, insan hüquqlarını və mövcud sanksiyaları pozanları əhatə edir.



Әlaqәli Xәbәrlәr