Barak Obama ilə Vladimir Putin arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinǝ ölkəsində hǝbs edilǝn Ukraynalı pilot və millət vəkili Nadejda Savçenkonun azad edilmǝsini xahiş edib.

452528

Associated Press (AP) agentliyinə müsahibǝ verǝn vǝ adının açıqlanmasını istəməyən səlahiyyətli nümayǝndǝ, Obamanın Putin ilə bazar ertəsi günü telefon danışığı zamanı bu mövzunun da gündəmə gətirildiyini söyləyib.

Putinin bu tələbə necə cavab verdiyi isə açıqlanmayıb.

Rusiyanın Suriyadan hərbi qüvvǝlǝrinin bir hissǝsini çıxartdıqdan sonra Obama və Putin telefonla danışaraq Rusiya ilǝ Ukrayna arasındakı problemǝ dǝ toxunub.

Qeyd edǝk ki. Ukraynanın şərqində Rusiya yönümlü qüvvǝlǝrǝ qarşı keçirilǝn əməliyyatlara könüllü qatılan Ukrayna ordusunun qadın pilotu baş leytenant Savçenko, 18-19 iyun 2014-cü ildə Luqansk yaxınlığında girov götürülüb.

Digər tərəfdən, ABŞ dövlǝt departamentinin sözcüsü John Kirby tərəfindən verilǝn açıqlamada, xarici işlər naziri John Kerryinin dǝ rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı apardığını bildirib.

Әlaqәli Xәbәrlәr