Vyanada Narkotik maddǝlǝrǝ dair 59-cu yığıncaq keçirilib

Avstriyanın paytaxtı Vyanada Birləşmiş Millətlər Tǝşkilatının Ofisində Narkotik vasitǝlǝrǝ dair 59-cu yığıncaq keçirilib.

451015
Vyanada Narkotik maddǝlǝrǝ dair 59-cu yığıncaq keçirilib

Avstriyanın paytaxtı Vyanada Birləşmiş Millətlər Tǝşkilatının Ofisində Narkotik vasitǝlǝrǝ dair 59-cu yığıncaq keçirilib.

Gaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, tǝdbirdǝ, "Narkotiklǝ Mübarizədə yerli özünüidarənin rolu: Türkiyə təcrübəsi" mövzusunda məruzə edib.

Narkotiklǝ mübarizənin terrorla mübarizə kimi qiymətləndirilməsinin lazım olduğunu deyǝn Fatma Şahin;

"Uşaqlarımızı, gənclərimizi düzgün yola yönlǝndirmǝk, cəmiyyətə və özlərinə faydalı bir vǝtǝndaş olmaqlarını təmin etmək hamımızın vəzifəsidir. Biz Gaziantep Böyükşəhər Bələdiyyəsi olaraq narkotiklə mübarizə mövzusunda əhəmiyyətli bir iş görürük. Çünki terrorla mübarizə, narkotiklə mübarizə dünyanın çox ciddi bir problemidir" deyǝ qeyd edib.

Gəncləri və uşaqları hər cür tǝhlükǝdǝn qorumaq üçün ǝllǝrindǝn gǝlǝni ǝsirgǝmǝdiklǝrini deyǝn Şahin tǝhsilǝ cǝlb edilmǝsi lazım olan uşaqların PKK, PYD və DEAŞ kimi terror təşkilatlarının əlinə düşməsinin qarşısını almaq istǝdiklǝrini bildirib.



Әlaqәli Xәbәrlәr