DEAŞ-ın silah-sursat anbarlarına ağır zәrbәlәr endirilib

ABŞ rәhbәrliyindәki DEAŞ qarşı mübarizә aparan beynәlxalq koalisiya qüvvәlәrinin sözçüsü Stiv Voren İraqda qruplaşmaya qarşı әn böyük müharibәnin Fәrat çayının yaxınlığındakı Enbara bağlı Hit qәsәbәsindә olacağını söylәyib.

451453

Voren Bağdaddakı ABŞ sәfirliyindә keçirdiyi mәtbuat konfransında terrorçuların İraq vә Suriyadakı sayının 19-24 min olduğunu bildirib. ABŞ rәsmisi bu terrorçuların tәxminәn 10 minini öldürdüklәrini dә qeyd edib.

Stiv Voren İraqda terror tәşkilatı DEAŞ-ın nәzarәtindәki 24 min kvadrat kilometrlik torpağı geri aldıqlarını da vurğulayıb.

Voren koalisiya tәyyarәlәrinin DEAŞ-ın kimyәvi silah istehsal etdiyi anbarlarını hәdәf alaraq mәhv etdiyini dә söylәyib.

ABŞ rәsmisi Mosulu terrorçulardan tәmizlәmәk üçün hәyata keçirilәcәk әmәliyyatların bu il başlayacağını da deyib.

Etiketlәr: #DEAŞ , #terror , #Mosul , #İraq

Әlaqәli Xәbәrlәr