Suriyada vǝtǝndaş müharibǝsi zamanı doğulan uşaq sayı

BMT Uşaqlara Yardım Fondu (UNİCEF) Suriyada uşaqların yaşadığı faciǝ ilǝ ǝlaqǝli “No place for children" (Uşaqların yeri yurdu yoxdur" adlı hesabat hazırlayıb.

450540
Suriyada vǝtǝndaş müharibǝsi zamanı doğulan uşaq sayı

Suriyadakı vǝtǝndaş müharibǝsinin başladığı gündǝn etibarǝn 3,7 milyon uşaq doğulub.

Bunlardan 306 mini ailǝlǝrinin qaçqın olaraq yaşadığı ölkǝlǝrdǝ doğulub.

BMT Uşaqlara Yardım Fondu (UNİCEF) Suriyada 5 illik vǝtǝndaş müharibǝsi zamanı uşaqların yaşadığı faciǝ ilǝ ǝlaqǝli “No place for children" (Uşaqların yeri yurdu yoxdur" adlı hesabat hazırlayıb.

Hesabatda öldürülǝn, ǝsgǝrǝ aparılan vǝ insan haqları pozuntularına mǝruz qalan ǝn az min 500 uşaq olduğu sǝnǝdlǝrlǝ sübuta yetirilib.

Vurularaq öldürülǝn yaxud da mǝktǝblǝri bombalandıqda hǝlak olan ǝn az 150 uşaq olduğuna toxunulan hesabatda bildirilib ki, silahlı qruplar tǝrǝfindǝn vuruşması üçün tǝzyiq edilǝn uşaqların sayı da hǝr gün artmaqda davam edir. Onların arasında 7 yaşlı olanlar belǝ var.

2,1 milyon uşağın ölkǝ daxilindǝ, 700 min uşağın isǝ qonşu ölkǝlǝrdǝ tǝhsildǝn mǝhrum qaldığı qeyd edilǝn hesabata ǝsasǝn, keçǝn 5 ildǝ ölkǝdǝki cǝmi uşaq sayının 80 faizdǝn artığına bǝrabǝr olan 8,4 milyon uşaq vuruşmalardan tǝsirlǝnib.

7 milyona yaxın uşaq yoxsulluq vǝ mǝhrumiyyǝt içindǝ böyümǝk mǝcburiyyǝtindǝ qalıb.

Suriyada 15 mindǝn artıq uşaq yanında bir yaxını olmadan ölkǝ xaricinǝ çıxır. Ölkǝdǝ keçǝn il vuruşması üçün tǝzyiq edilǝn uşaqların yarısından çoxu isǝ 15 yaşdan kiçikdir.

Hesabatda bütün tǝrǝflǝrdǝn uşaqların haqlarına dair pozuntuların qarşısının alınması, uşaqların tǝhsili mǝqsǝdilǝ cari ildǝ 1,4 milyard dollar fond tǝmin edilmǝsi, uşaqların şǝrǝf vǝ psixologiyalarının qorunaraq güclǝndirilmǝsi, yardım üçün verilǝn sözlǝrin yerinǝ yetirilmǝsi istǝnib.



Әlaqәli Xәbәrlәr