Suriya üçün diplomatik tǝşǝbbüslǝr davam etdirilir

Suriya hökumət və müxalifətini təmsil edən nümayəndə heyətləri bugün vasitəçilərin köməyi ilə Cenevrədə tam formatda danışıqlara başlayacaqlar.

450265
Suriya üçün diplomatik tǝşǝbbüslǝr davam etdirilir

Suriya hökumət və müxalifətini təmsil edən nümayəndə heyətləri bugün vasitəçilərin köməyi ilə Cenevrədə tam formatda danışıqlara başlayıblar.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Suriyada keçid dövrünün müzakirə olunacağı sülh danışıqlarının açılış hissəsində deyib ki, Suriyada sadəcə bir dənə B planı ola bilər, o da daha qanlı bir müharibəyə geri qayıtmaqdır. Keçirilən danışıqlar geniş miqyaslı olmalı və hər kəs düşünəsini dilə gətirə bilməlidir. Artıq gerçəklərlə üzləşməyin vaxtı gəlib çatıb. Danışıqlar zamanı detallar haqqında mətbuata açıqlama verilməyəcəkdir.

Bu gün başlayanla yanaşı 3 tur görüş keçiriləcəyini bildirən Mistura nəticədə ortaya bir yol xəritəsi çıxacağını da qeyd edib.

Danışıqlardan ǝvvǝl qǝrbli ölkǝlǝr Dǝmǝşq rǝhbǝrliyinǝ masaya şǝrt irǝli sürmǝdǝn oturmaması barǝdǝ xǝbǝrdarlıq edib.

Çünki Suriya prezidenti Bǝşǝr Әsǝdin gǝlǝcǝyi barǝdǝ tǝrǝflǝr arasında ciddi fikir ayrılığı davam edir.

Resmi Dǝmǝşq Әsǝdin statusunun müzakirǝ mövzusu olmadığı üstündǝ tǝkidlǝ dayanır. Xarici İşlǝr naziri Vǝlid Muallim srağa gün verdiyi açıqlamada bu mǝrhǝlǝdǝ ölkǝsindǝ prezident seçkilǝri keçirilmǝsini müsabihǝ edǝ bilmǝyǝcǝklǝrini söylǝmişdi.

Fransanın paytaxtı Parisdǝ bir ön zirvǝ keçirǝn Fransa, ABŞ, Almaniya, İngiltǝrǝ vǝ İtaliyanın Xarici İşlǝr nazirlǝri bu açıqlamaya münasibǝt bildirdilǝr.

Qeyd edǝk ki, danışıqlar hələ ki ikitərəfli şəkildə deyil, vasitəçilər yolu ilə keçiriləcək.

Münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda BMT baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura da iştirak edəcək.



Әlaqәli Xәbәrlәr