Parlament seçkilərinin nəticələrinin Merkel üçün mənası

Almaniyanın üç federal torpağında – Reynland-Pfalts, Baden-Vyurtemberq və Saksoniya-Anhaltda parlament seçkiləri keçirilib.

450135
Parlament seçkilərinin nəticələrinin Merkel üçün mənası

Almaniyanın üç federal torpağında – Reynland-Pfalts, Baden-Vyurtemberq və Saksoniya-Anhaltda parlament seçkiləri keçirilib.

12 milyon 600 min seçicinin sǝs verdiyi seçkilǝrdǝ Angela Merkelin partiyası sǝs itirib.

Almaniyanın üç federal torpağında – Reynland-Pfalts, Baden-Vyurtemberq və Saksoniya-Anhaltda keçirilǝn parlament seçkilərinin nǝticǝlǝri bǝlli olub.

Baden Vyurtenberq ǝyalǝtindǝki seçkidǝ Yaşıllar Partiyası qǝlǝbǝ qazandıqda, Reyland-Pflats ǝyalǝtindǝ isǝ Sosial Demokrat Partiya seçkilǝrdǝ birinci yeri tutub.

Saksonya-Anhalt ǝyalǝtinin birinci yerdǝki partiyası isǝ Angela Merkelin partiyası olub.

Seçkilǝrdǝ qaçqın vǝ müsǝlmanlar ǝleyhinǝ olan sağ populist partiyalar gözləniləndən daha çox mandat əldə ediblər.

Kansler Angela Merkelin partiyasının 3 ǝyalǝtdǝ dǝ sǝs nisbǝtindǝ azalma olub.

Әyalǝt parlamenti seçkilǝri Merkelin miqrantlara dair siyasǝti sahǝsindǝ bir növ referenduma çevrilmişdi.



Әlaqәli Xәbәrlәr