İsraildən Qəzzaya yenə hava hücumu

Hava hücumu nǝticǝsindǝ 1 uşaq ölüb, 2-si yaralanıb

449414
İsraildən Qəzzaya yenə hava hücumu

İsrailin Qəzzaya təşkil etdiyi hava hücumu nǝticǝsindǝ 1 uşaq ölüb, 2-si yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin rǝsmisi Əşrəf Əl Kudra İsrailin Qəzzanın şimalına təşkil etdiyi hava hücumunda Yasin Əbu Husanın həyatını itirdiyini, bacısı Esra vǝ qardaşı Əyyubun yaralandığını, vəziyyətinin ağır olduğunu söyləyib.

Hücumun detalları ilǝ bağlı məlumat verən şahidlər İsrailin Həmasın hərbi qanadı İzzəddin Əl Qəssam Tugaylarının Qəzzanın şimalındakı mövqelərini hədəfǝ aldığını deyir. Hadisǝ zamanı binalara və ǝtraf ərazilərǝ ciddi zərər dəyib.



Әlaqәli Xәbәrlәr