İran iri çaplı ballistik raket sınaqlarını davam etdirməkdədir

İran İnqilab Keşikçiləri tərəfindən həyata keçirilən iri çaplı ballistik raket sınaqlarının əks-sədaları davam edir.

448520
İran iri çaplı ballistik raket sınaqlarını davam etdirməkdədir

İran İnqilab Keşikçiləri tərəfindən həyata keçirilən iri çaplı ballistik raket sınaqlarının əks-sədaları davam edir.

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin spikeri Mark Toner İranın raket sınaqlarına reaksiya göstərib. İkili görüşlər və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəsilə İrana təzyiq etməyə davam edəcəklərini söyləyən Toner deyib: "Hal-hazırda məlumatların toplanması, dəqiqləşdirilməsi və nəticələri araşdırma mərhələsindəyik."

İran İnqilab Keşikçilərinin rəis köməkçisi Hüseyin Səlami İranın iri çaplı raket sınaqlarını davam etdirəcəyini bildirib. Toner isə qarşılığında: "Bu cür hərəkətləri qəti şəkildə qınayırıq. Əhatəli Ortaq Fəaliyyət Planına görə (JCPOA) İran bölgədə tarazlıqları pozan hərəkətlərinə son verməzsə, ABŞ və BMT-nin Təhlükəsizlik Şurası da bu sınaqların həqiqətən olduğunu təsdiqləyərsə, bu zaman Tehrana məsuliyyət daşıdığı iradımızı bildirəcəyik", - deyib



Әlaqәli Xәbәrlәr