Avropa İttifaqı vә Türkiyә miqrasiya böhranının hәlli prinsiplәrini razılaşdırıblar

Bu barәdә sammitdәn sonra keçirilәn birgә mәtbuat konfransında liderlәr mәlumat veriblәr.

446374
Avropa İttifaqı vә Türkiyә  miqrasiya böhranının hәlli prinsiplәrini razılaşdırıblar

Bu barәdә sammitdәn sonra keçirilәn birgә mәtbuat konfransında liderlәr mәlumat veriblәr.

İlkin razılaşmaya görә, Yunanıstanda sığınacaq almayan miqrantlar Türkiyәyә göndәrilәcәk. Bunun müqabilindә Avropa İttifaqı Türkiyәyә pәnah gәtirәn suriyalı qaçqınları qәbul edәcәk

Bu üsul ilә qeyri-qanuni miqrasiya vә insan qaçaqçılığının qarşısı alınacaq.

Avropa Şurasının sәdri Donald Tusk : ''Avropaya qeyri-qanuni köç bitib, qәrbi Balkanlardakı keçidlәr dә bağlanıb'' deyә bildirib.

Türkiyәnin suriyalılara 10 milyard dollar xәrclәdiyini bildirәn Baş nazir Davudoğlu: ''Biz heç kimdәn pul istәmirik. Biz sadәcә bu yükün әdalәtli bölünmәsini istәyirik'' deyib.

Qeyd edәk ki, razılaşma hәmçinin 2018-ci ilin sonunadək Türkiyәyә əlavə 3 milyard avronun ayrılmasını, Aİ ilə Türkiyə arasında viza rejiminin ləğvini nəzərdə tutur.

Baş nazir Әhmәd Davudoğlu Avropa İttifaqı ilə Türkiyə arasındakı viza rejiminin iyunun sonunadək ləğv ediləcəyini bildirib.

Viza rejiminin lәğvi mәsәlәsini müzakirә etdiklәrini bildirәn Junker bu proseslәrin standartlara uyğun şәkildә davam edәcәyini vә Sengen yol xәritәsinә hәr kәsin sadik qalmasını istәdiklәrini qeyd edib.

Türkiyənin təqdim etdiyi təkliflər paketini məmnuniyyətlə qarşıladıqlarını deyən Almaniya kansleri Angela Merkel də: ''Gәlәcәk həftə keçiriləcək Aİ sammitinə qədər zamana ehtiyacımız var. Bir çox Aİ ölkəsi parlamenti ilә məsləhətləşməlidir'' deyib.

Merkel təklifin əsas nöqtələrini dəstəklədiklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr