‘‘Suriyada xalqın ehtiyaclarına cavab verəcək bir hökumət qurulmalıdır’’

Bu sözlәri ABŞ Dövlәt Departamentinin sözcüsü Con Kirbi gündәlik mәtbuat konfransında deyib.

445047
‘‘Suriyada xalqın ehtiyaclarına cavab verəcək bir hökumət qurulmalıdır’’

Bu sözlәri ABŞ Dövlәt Departamentinin sözcüsü Con Kirbi gündәlik mәtbuat konfransında deyib.

ABŞ Dövlәt Departamentinin sözcüsü Con Kirbi Suriyanın gələcəyində Bәşәr Әsәdin yerinin olmadığını düşündüklәrini və ölkədə Bәşәr Әsәdin olmadığı bir hökumətin qurulmasını istədiklәrini bəyan edib.

''Suriyada xalqın ehtiyaclarına cavab verəcək bir hökumət qurulmalıdır'' deyәn Kirci ABŞ-ın Bәşәr Әsәd mәsәlәsindәki mövqeyinin dәyişmәdiyini bildirib.

Kirbi: ''Әsәd mәsәlәsindәki mövqeyimiz dәyişmәyib. Suriyanın gәlәcәyindә Bәşәr Әsәdin yerinin olmadığını düşünürük vә onun olmadığı bir hökumәtin qurulmasını istәyirik'' deyib.

Con Kirbi Suriyada qarşıdurmalar azaldıqdan sonra rejim və müxalifәt arasında diplomatik danışıqların başladığını qeyd edərək: ''Suriyada seçkilәrin necә keçirilәcәyinә dair danışıqlar başlayıb. Egәr danışıqlar belә davam etsә Suriyada xalqın ehtiyaclarına cavab verəcək bir hökumət qurulacaq'' deyib.



Әlaqәli Xәbәrlәr