Cenevrə sülh danışıqları üçün şərtlər uyğun deyil
Suriya danışıqlarını vaxtı hələ qeyri-müəyyəndir

9 martda Cenevrədə təkrar başlanılması planlaşdırılan Suriya danışıqları hələ qeyri-müəyyəndir.
Biri Moskva-Qahirə, digəri Riyad dəstəkli olmaqla Suriya müxalifəti danışıqlarda iki heyətlə təmsil olunacaq.
Səudiyyə Ərəbistanı dəstəkli suriyalı müxalifətin yaratdığı Ali Müzakirə Komitəsinin sədri Riyad Hicab Fransanın paytaxtı Parisdə təşkil edilən mətbuat konfransında deyib: "Cenevrə sülh danışıqlarının təkrar başlaması üçün şərtlərin uyğun olmadığını düşünürük. Çünki Suriya ordusu və Rusiya ilə atəşkəs başlanandan bu yana 90 dəfə hava hücumu edilib, atəşkəs pozulub".
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura keçən ay təxirə salınan Cenevrə danışıqlarının 9 martda yenidən başlanacağını demişdi.
Әlaqәli Xәbәrlәr

İsrailә mәxsus yük gәmisindә partlayış baş verib
Mәlumata görә, partlayış zamanı ekipaj üzvlәri arasında ölәn vә ya yaralanan olmayıb.