Şimali Koreya yeni bir kimyəvi silahını sınaqdan keçirir

BMT-nin kimyəvi silahları sınaqdan keçirdiyi üçün sərt embarqolar tətbiq etdiyi Şimali Koreya yeni bir kimyəvi silahını sınaqdan keçirir.

444312
Şimali Koreya yeni bir kimyəvi silahını sınaqdan keçirir

BMT-nin kimyəvi silahları sınaqdan keçirdiyi üçün sərt embarqolar tətbiq etdiyi Şimali Koreya yeni bir kimyəvi silahını sınaqdan keçirir.

Ölkənin lideri Kim Yonq Un kimyəvi silahlarının istifadəyə hazır vəziyyətə gətirilməsini əmr edib.

Koreyanın Mərkəzi xəbər agentliyinin xəbərində bildirilir ki, Şimali Koreya lideri ordu rəhbərliyinə qabaqlayıcı hücumlar üçün hərbi vəziyyətin gözdən keçirilməsini əmr edib.

Agentlik Kim Yong Unun atom bombası daşıyan raketlərin hər an istifadəyə hazır olması barədə tapşırıq verdiyini bildirib.

Şimali Koreya liderinin bu hərəkətinə ABŞ-dan qarşı cavab verilib.

Belə ki, ABŞ-nın Müdafiə Nazirliyinin nümayəndəsi general Bill Urban:" Şimali Koreya beynəlxalq aləmə verdiyi sözləri yerinə yetirmək əvəzinə provokotiv yollara əl atır" deyib.

Qeyd edək ki, Şimali Koreya cümə axşamı günü dənizdə qısa məsafəli raketləri sınaqdan keçirib.

Bu arada BMT Təhlükəsizlik şurası Şimali Koreyaya son 20 ilin ən sərt embarqosunu həyata keçirir.



Әlaqәli Xәbәrlәr