Suriyada atәşkәsә baxmayaraq döyüşlәr davam edir

Suriyada atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, döyüşlər davam edir.

443666
Suriyada atәşkәsә baxmayaraq döyüşlәr davam edir

Suriyada atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, döyüşlər davam edir.

Belə ki, Azad Suriya ordusuna yaxınlığı ilə seçilən Suriya İnqilabçı Cəbhəsi adlı qruplaşmasının Әl İsha qəsəbəsindəki qərargahına atəşkil olunan bombalı hücumda 18 nəfərin öldüyü bildirilir.

Hücumların DEAŞ terrorçuları tərəfindən həyata keçirildiyi iddia edilir.

Hələb şəhərinin yaxınlığındakı bir yüksəklik isə kürt silahlıların da tərkibində döyüşdüyü Suriya Demokratik Qüvvələr qruplaşmasının hücumları nəticəsində Əl-Nusra döyüşçülərindən geri alınıb.

DEAŞ və ƏL-Nusra qruplaşmaları ilə mübarizənin atǝşkəs rejiminə daxil olmadığını da diqqətinizə çatdıraq.

Bu arada ABŞ-dan verilən açıqlamada Suriya rejiminin bir çox şəhərlərdə tank və top atışları ilə mülki vətəndaşları öldürdüyü qeyd olunur.

ABŞ Dövlət Departamentinin açıqlamasında həmçinin Əsədə sadiq qüvvələrin kimyəvi silahlardan istifadə etmə ehtimalından narahatlıq da ifadə olunur.



Әlaqәli Xәbәrlәr