Suriya üçün məhkəmə hazırlığı

Beş ildən artıq müddətdir ki, vətəndaş müharibəsinə səhnə olan Suriya üçün məhkəmə hazırlığı gedir.

443714
Suriya üçün məhkəmə hazırlığı

ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsi Suriyada rejim və müttəfiqlərinin törətdikləri müharibə cinayətlərilə bağlı mühakimə edəcək məhkəmə qurulmasını tələb edən layihəni qəbul edib.

Orta Şərqdə azlıqlara terror təşkilatı DAİŞ-in etdiyi hücumların "soyqırım" kimi dǝyǝrlǝndirilmǝsini istəyən layihə da, Komitədə qǝbul edilib.

Respublikaçı Partiya Nyu-Cersidǝn millǝt vǝkili Kristofer Smit tərəfindən hazırlanan layihə Əsəd rejimi başda olmaqla rejimin müttəfiqləri və qarşıdurmanın digər tərəfləri işlənən cinayətlər üçün bir müharibə cinayətləri məhkəməsi yaradılması tələbini əhatə edir.

Layihədə bu cinayətlərin "müharibə cinayətləri və bəşəriyyətə qarşı törədilən cinayətlərlə" eyni olduğu, beynəlxalq qanunların pozulması mənası daşıdığı qeyd edilərək, Nümayəndələr Palatasının bunları sǝrt şǝkildǝ qınadığı ifadə edilir.

Həmçinin layihədə digər ölkələrə də müraciət edilərək Suriyada insanlığa qarşı işlənən cinayətlər və soyqırım müttǝhimlǝrinin yaxalanaraq qurulacaq məhkəməyə təhvil verilmǝsi istǝnir.

Digər tərəfdən komitədə Respublikaçı Partiya Nebraska millət vəkili Cef Fortenberry tərəfindən hazırlanan Orta Şərqdə azlıqlara DAİŞ-in etdiyi hücumların "soyqırım" kimi qiymətləndirilməsini istəyən qərar da qəbul edilib.

Qərar layihəsində Xristianlarla Yezidi, Türkmən, Kürd kimi digər dini və etnik köklərə qarşı DAİŞ-in hücumlarının "müharibə cinayəti", "insanlığa qarşı törədilən cinayət" və "soyqırım" olaraq tanınması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr