Avropa İttifaqı Makedoniyanın qәrarından narahatdır

Miqrantların daha çox olduğu Makedoniyanın suriyalı və iraqlı qaçqınlardan başqa heç bir miqrantı ölkəsinə qəbul etməməsi Aİ tərəfindən narahatlıqla qarşılanıb.

443684

Aİ Komissiya sədri Jean-Claude Juncker Norveçin baş naziri Erna Solberg ile görüşdükdən sonra yaranan vəziyyətə münasibət bildirib.

Yunker Yunanıstan-Makedoniya sərhəddindəki vəziyyətdən narahat olduqlarını ifadə edib.

Aİ-nın qaçqın probleminə yardım məqsədi ilə Yunanıstan və digər Balkan ölkələrinə 700 milyon dollarlıq yardım paketi ayrılacağını xatırladan Yunker, Aİ Şurasının sǝdri Donald Tuskun bu ölkələrə səfər edəcəyini, həmçinin Türkiyəyə də gedəcəyini açıqlayıb.

Yeri gəlmişkən qeyd edək ki, Donald Tusk Xorvatiyadan sonra Makedoniyaya gələrək paytaxt Skopyedə Prezident Gyorge İvanovla görüşüb

Görüş zamanı miqrant problemini həll etmək üçün ortaq hərəkət etməyin önəmi bir daha vurğulanıb.

Әlaqәli Xәbәrlәr