Suriyada tək bir hədəf var, o da ölkənin bütövlüyüdür

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Sözçüsü John Kirby Suriyada qarşıdurmaların dayandırılması müqaviləsinin qüvvəyə minməsindən sonra müzakirə olunan B planının ölkədə federal quruluşunun yaradılmasından ibarət olmadığını bildirərək: "Suriy

442627
Suriyada tək bir hədəf var, o da ölkənin bütövlüyüdür

John Kirby gündəlik mətbuat konfransında Suriyada qarşıdurmaların dayandırılması müqaviləsi ilə əlaqədar verilən sualları cavablandırdı.

Münaqişələrin olmaması halında daha əvvəl ABŞ Dövlət Katibi John Kerrynin dilə gətirdiyi "B planı"barəsində danışan Kerby Kerrynin söylədiklərinin təhrifli şərh olunduğunu vurğulayaraq:"Bu bizim istədiyimiz deyil, olmasından qorxduğumuz bir vəziyyətdir" dedi.

Kirby hədəfin Suriyanın bütövlüyü olduğunu qeyd edərək: "Hədəfimiz Suriya xalqının seçdiyi rəhbərlik tərəfindən idarə olunan, məzhəb ayrımı olmayan, Bəşşar Əsədsiz bütöv bir ölkədir"ifadəsini işlətdi.

Kirby Suriyada qarşıdurmaların dayandırılması müqaviləsinin pozulma hallarını təqib etməyə davam etdiklərini də söylədi.

Müqavilənin pozulmasına dair son 24 saat ərzində mühüm bir xəbər almadıqlarını bildirən Kirby: "İlkin nəticələr cəsarət verir" dedi.

Kirby Rusiyanın hava hücumları barədə də bənzər müşahidələrin olduğunun qeyd edərək bu istiqamətdə alınan məlumatların dəqiqliyinin dəyərləndirildiyini söylədi.



Әlaqәli Xәbәrlәr