Namizədlər imtahana alt paltarları ilə girdilər

Hindistanda orduya işçi götürmə imtahanında "şbarqalka" ilə mübarizədə maraqlı bir üsula əl atıldı.

442639
Namizədlər imtahana alt paltarları ilə girdilər

Namizədlər imtahana alt paltarları ilə buraxıldılar.

Hindistan mətbuatında əks olunan fotoşəkillərdə Bihar ştatının Muzafferpur şəhərində açıq bir sahədə çılpaq halda bardaş qurub oturan yüzlərlə gənc görünür.

Ordu rəsmiləri namizədlərin üstlərinin yoxlanılması zamanı vaxta qənaət etmək üçün bu üsulu tətbiq etdiklərini deyiblər.

1,159 namizədin bazar günü bir saat müddəti olan yazılı imtahana girdikləri bildirilir.

Keçən il Biharda ailələrin məktəb divarlarına dırmanaraq uşaqlarına "şbarqalka" verdiklərini görüntüləyən şəkillərin yayılması ştat rəhbərliyini çətin vəziyyətə salmışdı.

Qeyd edək ki, ştatın rəhbərliyi yanvar ayında imtahanda "şbarqalka" dan istifadəyə görə pul və həbs cəzası ilə cəzalandırmağı nəzərdə tutan aktlar həyata keçirdi.



Әlaqәli Xәbәrlәr