''Fransanın PKK-ya qarşı olan mövqeyi aydın və sabitdir''

Bu darәdә Fransa XİN rәhbәrliyindәn verilәn bәyanatda bildirilib.

442979
''Fransanın PKK-ya qarşı olan mövqeyi aydın və sabitdir''

Fransa Xarici İşlər Nazirliyi PKK-nın terror təşkilatları siyahısından çıxarılmasına qarşı olduğunu açıqlayıb.

Nazirlik Avropa Parlamentində PKK-nın terror təşkilatları siyahısından çıxarılması məqsədilə aparılan kampaniyalarla bağlı bəyanat verib.

Bəyanatda: ''Fransanın PKK-ya qarşı olan mövqeyi aydın və sabitdir. PKK Avropa İttifaqının hazırladığı terror təşkilatları siyahısında olan bir qruplaşmadır. Təşkilatın siyahıya daxil olmasını təmin edən səbəblər hәlә dә aradan qalxmıyıb '' bildirilib.

Nazirliyin açıqlamasında həmçinin terror təşkilatı PKK-nın Türkiyədə 2015-ci il 22 iyul tarixindәn etibarәn həyata keçirdiyi silahlı hücumlar pislənilib.

Avropa parlamentinin Solçu qrupunun üzvü Mariya-Kristin Vergiat və Avropa Parlamentinin Sosialist qrupunun üzvü Ana Gomesin PKK-nın Aİ-nın terror təşkilatları siyahısından çıxarılması üçün başlatdığı imza kampaniyasına 100 deputat dəstək vermişdi.



Әlaqәli Xәbәrlәr