Apple ilə FBI arasında məhkəmə qalmaqalı

Amerika Birləşmiş Ştatlarında federal məhkəmə narkotıka cinayəti ilə əlaqədar istintaq prosesində ələ keçirilən bir "iPhone"un kodunun sındırılması tələbini rədd etdi.

441992
Apple ilə FBI arasında məhkəmə qalmaqalı

New York Federal Hakimi James Orenstein qərarında: "Amerikan hökuməti istintaq çərçivəsində Apple-i onun icazəsi olmadan bir öhdəliyə məcbur edə bilməz" ifadəsini işlətdi.

Qeyd edək ki, Amerikanın Federal Təhqiqat Bürosunun (FBI) rəsmiləri, dekabr ayında San Bernardinoda keçirilən və 14 nəfərin öldüyü hücumun şübhəlilərindən birinə aid olan "iPhone"un kodunun sındırılması üçün Apple-dən yardım tələb etmişdi.

Bu tələbi rədd edən Apple ilə FBI məhkəməlik olmuşdu.



Әlaqәli Xәbәrlәr