Suriyada atəşkəs rejimi qüvvəyə mindi

Suriya vətəndaş müharibəsində qarşıdurmaların qısmən atəşkəslə dayandırılmasını nəzərdə tutan müqavilə qüvvəyə mindi.

440306
Suriyada atəşkəs rejimi  qüvvəyə mindi

Suriya vətəndaş müharibəsində qarşıdurmaların qısmən atəşkəslə dayandırılmasını nəzərdə tutan müqavilə qüvvəyə mindi.

Suriyaya Beynəlxalq Dəstək Qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatları və Rusiya həftənin əvvəlində qarşıdurmaların dayandırılmasının 27 fevral 00.00-dan etibarən başlaması məsələsində razılıq əldə etdiklərini bildirmişdilər.

Suriya müxalifətinin Ali Müzakirə Komitəsi Azad Suriya Ordusu daxil olmaqla 97 silahlı müxalif qrupun atəşkəs razılaşmasına iki həftə müddətinə riayət edəcəyini elan etmişdi.

Bu çərçivədə son olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da dünən gec saatlarda aldığı qərarla Suriyada qarşıdurmaların dayanmasını ehtiva edən qətnamə layihəsini yekdilliklə qəbul etdi.

Qətnamədə Suriya rejimi və müttəfiqləri ilə Suriyalı müxaliflərin münaqişələri dayandırmağa qəbul etdiyi vurğulanaraq, bütün tərəflərə 2254 saylı BMT Təhlükəsizlik Şurasının qərarına tabe olma çağırışı edilir. Suriyada humanitar yardımın təcili olaraq ehtiyac içindəki xalqa çatdırılmasının təmin edilməsi tələb edilən qərarda ölkədə siyasi keçid prosesinin başlanılması və Suriyanın gələcəyinə xalqın qərar verməsi tələb olunur.

ABŞ, Türkiyə, Avropa və Körfəz ölkələri atəşkəs rejiminin təmin olunmasının "terror hədəflərini" bəhanə edərək müxaliflərə və vətəndaşlara hücum edən Rusiyanın ağır bombardımanlarını dayandırmasına bağlı olduğunu vurğulayırlar.

Rusiya Prezidenti Vladimir Putin isə dünən axşam verdiyi açıklamaa, "DEAŞ, Nusra Cəbhəsi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan digər təşkilatlara qarşı əməliyyatlarımız davam edəcək" ifadələrini işlətdi.

BMT Təhlükəsizlik Şurasının qətnaməsinə görə, BMT Baş Katibi Pan Gi Mun 15 gün ərzində qətnamənin tətbiqi ilə əlaqədar Şuraya məruzə edəcək.



Әlaqәli Xәbәrlәr