Ruslar iqtisadi vəziyyəti "dözülməz" olaraq qiymətləndirirlər

Rusiyanın sənaye qəsəbələrində yaşayan əhalinin yarısından çoxu iqtisadi vəziyyəti "dözülməz" olaraq qiymətləndirir.

439891
Ruslar iqtisadi vəziyyəti "dözülməz" olaraq qiymətləndirirlər

Rusiyanın RBC qəzetində dərc edilən Rusiya Federal Mühafizə Xidmətinin apardığı sorğunun nəticələrinə görə, sözügedən qəsəbələrdə xalqın 60%-i ölkədəki mövcud sosial-iqtisadi şəraitin "dözülməz" olduğunu düşünür.

Təxminən 55 min insanın iştirak etdiyi sorğunun nəticələrinə görə, xalqın 5%-i yoxsulluq həddi altında yaşadıqlarını bildirir, 36%-i yaşadıqları regionda yaxşı bir iş tapmağın mümkün olmadığı fikrindədir.

Rusiyada 319 sənaye qəsəbəsi vardır və bu bölgələrdə təxminən 14 milyon insan yaşayır.

Ölkənin "böhran" vəziyyətində olduğu bildirilən qəsəbə sayı 2014-cü ildə 75 idi. Bu il bu say 94-ə çıxıb.



Әlaqәli Xәbәrlәr