İki ölkə arasında tranzit keçidlə bağlı problem həll edilib

Ukrayna və Rusiya arasında TIR və yük maşınlarının tranzit keçidi ilə bağlı problem həll edilib.

439307
İki ölkə arasında tranzit keçidlə bağlı problem həll edilib

Ukrayna İnfrastruktur Nazirliyi tranzit keçidlərin qarşılıqlı olaraq sərbəst buraxıldığını açıqlayıb.

Rusiya, Ukraynanın 10 regionunda aktivistlərin 11 fevralda rus nömrəli yük maşınların keçidlərinin qarşısını almaq mǝqsǝdi ilǝ hǝyata keçirdiyi qǝrara 14 fevralda cavab vermiş, Ukrayna nömrəli yük maşını və TIR-lara mane olmağa başlamışdı.

Bunun qarşısında Ukrayna hökuməti 15 fevralda qǝbul etdiyi qərarla Rusiya nömrəli yük maşınlarının Ukrayna ərazisindən tranzit keçidini təxirə almışdı.

Bir müddət əvvəl Rusiyadan Ukraynaya göndərilən məktubda tranzit keçidlǝ bağlı mǝhdudiyyǝt qǝrarının qarşılıqlı olaraq lǝğv edilmǝsini təklif edilmişdi.

Bunun nǝticǝsindǝ Ukrayna hökuməti 25 fevraldan etibarən rus TIR və yük maşınlarının tranzit keçidlərinə icazə verən bir qərar qǝbul edǝrǝk təhlükəsizlik qüvvələrinə maşınların təhlükəsizliyini təmin etmək vəzifəsini taqşırmışdı.



Әlaqәli Xәbәrlәr