Boris Nemtsovun adı əbədiləşdiriləcək

Rusiyanın paytaxtı Moskvada keçən il öldürülən müxalif siyasətçi Boris Nemtsovun adı Litvada əbədiləşdiriləcək.

439291
Boris Nemtsovun adı əbədiləşdiriləcək

Litvanın paytaxtı Vilnüsdə Bələdiyyə Məclisi Nemtsovun adının bir küçəyə və ya meydana verilməsi haqqında qərar qəbul etdi.

Yekdilliklə qəbul edilən qərarda Nemtsovun "daha yaxşı bir dünya və demokratik Rusiya üçün mübarizə etdiyi" qeyd olunaraq, onun adının bir meydana, ya da küçəyə verilməsinin paytaxtın "azad, açıq və demokratik dünya tərəfində olduğunu vurğulayacağı" ifadə edildi.

Xatırladaq ki, müxalif siyasətçi və keçmiş Baş nazir müavini Boris Nemtsov keçən il fevralın 27-də Moskvada Kreml Sarayı yaxınlığında silahlı hücum nəticəsində həyatını itirmişdi.

Nemtsovun adı ötən il Ukraynanın paytaxtı Kiyevdə bir prospektə verilmişdi.



Әlaqәli Xәbәrlәr