Miqrantlar Fransa ilə Belçika arasında narazılığa səbəb oldu

Fransadan İngiltərəyə getməyə çalışan miqrantların yaşadığı Calais düşərgəsi bu ölkə ilə Belçika arasında narazılığa səbəb olub.

438409
Miqrantlar Fransa ilə Belçika arasında narazılığa səbəb oldu

Belə ki, Belçika yeni bir köç dalğasının qarşısını almaq məqsədi ilə sərhədlərə nəzarəti güləndirib.

Qeyd edək ki, İngiltərəyə cox yaxın bir ərazidə olan Calais düşərgəsində 4.000 miqrant yaşayır. Onlardan 300-ü uşaqdır.

Fransa bir ara bu düşərgəni ləğv etmək istəsə də bu mümkün olmadı.

Belçika isə bu yaşayış məskənin söküləcəyi təqdirdə ölkəsinə yeni miqrant axının olmasından narahatdır.

Bu məqsədlə də ölkə sərhədlərinə nəzarəti daha da güləndirməyi qərara alıb.

Yeri gəlmişkən, Belçikadakı qaçqın düşərgələrindən birində iğtişaşlar baş verib.

Belə ki, İraq və Suriyadan gələn miqrantlarla əfqan miqrantlar arasındakı davada 7 nəfər yaralıanıb, 11-i isə polis tərəfindən həbs edilib.



Әlaqәli Xәbәrlәr