ABŞ dünya liderlərinin telefon danışıqlarını dinləyib

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) dünya liderlərinin telefon danışıqlarını dinləyib.

437780
ABŞ  dünya liderlərinin telefon danışıqlarını dinləyib

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) dünya liderlərinin telefon danışıqlarını dinləyib.

Bu barədə məşhur WikiLeaks saytı məlumat yayıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Agentliyi BMT baş katibi Pan Qi Mun ilə Almaniya kansleri Angela Merkel, keçmiş Fransa prezidenti Nikolya Sarkozinin Merkel və Berluskoni ilə telefon danışıqlarını dinləyib.

WikiLeaks saytının yaradıcısı Julian Assange dinləmələrlə bağlı verdiyi açıqlamada: ''BMT baş katibi ilə Almaniya kansleri iqlim dəyişikliyindən danışıblar. Nikolya Sarkozi isə İtaliya iqtisadiyyatının bərbad vəziyyətə düşəcəyi barədə Berluskonini xəbərdar edib'' deyib..

Qeyd edək ki, Almaniyanın illərlə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən dincəldiyinin xəbəri daha əvvəl də yayılmışdı.

Wikileaksın məlumatına görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi həmçinin Dünya Ticarət Təşkilatı ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı arasında baş tutan danışıqları dinləyib.

Bundan əlavə, Avropa İttifaqına üzv dövlətlər və Yaponiyanın ticarət nazirlərinin Ümumdünya Ticarət Təşkilatı mövzusunda danışıqları da dinlənilib.



Әlaqәli Xәbәrlәr