‘‘Rusiya Suriyada müharibә cinayәti törәdir’’

Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Rusiyanın Suriyada müharibә cinayəti törәtdiyini bildirib.

437173
‘‘Rusiya Suriyada müharibә cinayәti törәdir’’

Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Rusiyanın Suriyada müharibә cinayəti törәtdiyini bildirib.

Beynəlxalq Əfv Təşkilatının ''Böhrana Müdaxilə'' proqramının idarәçisi Tirana Hassan ''Sky News'' televiziya kanalına verdiyi müsahibәdә Rusiyanın son illərdə törәdilәn müharibә cinayәtlәrinin bәzilәrindәn mәsul olduğunu bildirib.

Tirana Hassan Rus qırıcılarının son zamanda Suriyada qәsdәn mülki yaşayış yerlәrini vә xilasedicilәri vurduğunu bildirib. Mәktәb, xәstәxana vә mülki vәtәndaşların yaşadığı yerlәri hәdәf alan hücumların hal-hazırda davam etdiyini qeyd edәn Hassan, Rusiya vә Bәşәr Әsәd rejiminin müharibә cinayәti törәtdiyini vurğulayıb.

Hassan bu ölkәlәrin hәtta xilasedicilәri belә öldürmәkdәn çәkinmәdiyini bildirib.

Qeyd edәk ki, Rusiya tәxminәn 4 aydır Suriya әrazisindә hәrbi fәaliyyәt göstәrir vә bu müddәt әrzindә müxalifәt qüvvәlәrinin nәzarәtindәki bölgәlәrdә yerlәşәn 27 mәktәb vә 27 tibb mәrkәzini bombalayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyada fevralın 15-dә 4 xәstәxana vә bir mәktәbә tәşkil edilәn hücum nәticәsindә 46 nәfәrin hәyatını itirdiyini, 70-dәn çox insanınsa xәsarәt aldığını açıqlamışdı. BMT bu hücumların Rusiya vә Suriya rejimindәn xәbәrsiz ola bilmәyәcәyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr