İngiltərəyə gedən immiqrantlar sosial yardımı 4 il gözləyəcək

İngiltərənin Avropa İttifaqında (Aİ) qalıb-qalmaması mövzusunda iki gündür davam edən danışıqlar müsbət nəticələnib.

436075
İngiltərəyə gedən immiqrantlar sosial yardımı 4 il gözləyəcək

Əsas gündəm maddəsinin İngiltərənin Aİ-də qalmaq məsələsinin olduğu Avropa İttifaqı Liderlər Zirvə toplantısı sona çatıb.

Aİ Şurasının sədri Donald Task (Tusk) İngiltərənin Avropa İttifaqındakı xüsusi statusunu qüvvətləndirən bir razılaşmaya vardıqlarını deyib.

Task razılaşmanın Avropa İttifaqı dəyərlərini sarsıtmadığını, eyni zamanda, İngiltərənin qayğılarını qarşıladığını söyləyib. Müqaviləni 28 Avropa İttifaqı üzvü imzalayıb. Əldə edilən razılaşmaya görə, "təhlükəsizlik əyləci" adlandırılan tətbiq sayəsində Avropa İttifaqı ölkələrindən İngiltərəyə gələn immiqrantlar sosial yardım sistemindən faydalanmaq üçün 4 il gözləməlidir.

Diqqət çəkən başqa maddə Avropa İttifaqının səlahiyyətlərini artıracaq yeni qaydaların İngiltərə üçün etibarlı sayılmamasıdır.

Bütün bunlarla belə, İngiltərənin Avropa İttifaqındakı gələcəyi 2017-ci ilin sonuna təyin edilən referendumda müəyyən olunacaq.



Әlaqәli Xәbәrlәr