Zika virusu üçün 150 milyon dollar

Dünya Bankı Zika virusunun yayılmasından zərər çəkən Latın Amerikası və Karib dənizi ölkələrinə 150 milyon dollar ayıracaq.

435434
Zika virusu üçün 150 milyon dollar

Dünya Bankı Zika virusunun yayılmasından zərər çəkən Latın Amerikası və Karib dənizi ölkələrinə 150 milyon dollar ayıracaq.

Tǝşkilatın mǝlumatına ǝsasǝn, maliyyə vəsaiti regionda tibbi və profilaktik tədbirlərin aparılmasına sərf ediləcək.

Ayrılan vəsaitin məbləği bu ölkələrin maliyyə ehtiyaclarına uyğun olduğu və hökumətlərlə məsləhətləşmələr əsasında müəyyən edildiyi bildirilib.

Dünya Bankının hesablamalarına görə, Zika virusu 2016-cı ildə ölkələrə ümumilikdə 3,5 milyard dollar zərər vuracaq.

Qeyd edǝk ki, Zika virusu adıçəkilən regionda 55 ölkədən 20-də yayılıb. Aedes aegypti ağcaqanadlarının yaydığı bu virus xüsusilə hamilə qadınlar üçün təhlükəlidir. Bu xəstəlik körpələrin beyin qüsurları ilə doğulmasına səbəb olur.



Әlaqәli Xәbәrlәr