"Təcavüz " iddiası ilə öldürülən fələstinlilərin sayı 180-i keçdi

İsrail təhlükəsizlik qüvvələri Şərqi Qüdsdə "2 polisi bıçaqlayaraq yüngül yaraladığı" iddia edilən bir fələstinlini vuraraq öldürdü.

435634
"Təcavüz " iddiası ilə öldürülən fələstinlilərin sayı 180-i keçdi

İsrail polis sözçüsü Micky Rosenfeld verdiyi yazılı açıqlamada, Şərqi Qüdsün "Köhnə Şəhər" kimi tanınan qala divarları ilə əhatə olunmuş səmtinə açılan "Dəməşq Qapısı"nın girişində bir fələstinlinin 2 polisi bıçaqlayaraq yüngül yaraladığını irəli sürdü.

Sözügedən fələstinlinin polis tərəfindən döyüldüyünü bildirən Rosenfeld hadisə yerində geniş təhlükəsizlik tədbiri görüldüyünü qeyd etdi.

İsrail mediası isə polis tərəfindən vurulan fələstinlinin daha sonra həyatını itirdiyini yazdı.

Beləlklə, İsrail qüvvələri və yerləşdirilmiş yəhudilər tərəfindən oktyabr ayından etibarən "təcavüz " iddiası ilə öldürülən fələstinlilərin sayı 180-i keçdi..



Әlaqәli Xәbәrlәr