Rusiya S-300 sistemlərini İrana təslim edir

Rusiya S-300 sistemlərinin ilk partiyasını sabah (cümə axşamı) İrana təslim edəcək.

435082
Rusiya S-300 sistemlərini İrana təslim edir

Rusiya S-300 sistemlərinin ilk partiyasını sabah (cümə axşamı) İrana təslim edəcək.

Rusiyanın “Ria Novosti" agentliyi Moskva rəhbərliyinin S-300 hava müdafiə sistemlərini Xəzər dənizi sahilində yerləşən Həştərxan limanı ilə İrana göndərəcəyini bildirib.

Qeyd edək ki, Rusiya və İran 2007-ci ildə S-300 hava müdafiə sistemi satışı ilə bağlı müqavilə imzalamış, Amerika Birləşmiş Ştatları və İsrail buna sərt reaksiya göstərmişdi.

Rusiya 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının İrana qarşı silah embarqosu qərarından sonra S-300 razılaşmasını təktərəfli təxirə saldığını açıqlamışdı. İran Rusiyanın qərarını beynəlxalq arbitraj məhkəməsinə verərək 4 milyard dollarlıq təzminat istəmişdi.

2015-ci ilin aprelində Rusiya prezidenti Vladimir Putin imzaladığı fərmanla S-300 iri çaplı hava müdafiə sistemlərinin İrana təslimatına qadağan qoydu. Tehran rəhbərliyi S-300-lər təslim edilərsə, iddianı geri çəkəcəyini bildirdi.

Rusiya Dövlət Texnologiya şirkəti “RosTec"in Baş direktoru Sergey Çemezov hal-hazırda İran və Rusiya arasında S-300-lərin Tehrana təslim edilməsi üçün yeni bir razılaşma imzalandığını və anlaşmanın qüvvəyə mindiyini açıqlayıb.

Qeyd edək ki, təyyarə və ballistik raketlərə qarşı istifadə olunan iri çaplı S-300 hava müdafiə raketləri Rusiyanın əvvəlki texnologiyası ilə çıxarılsa da, hələ də dünyanın təsirli hava müdafiə sistemlərindən biri hesab edilir.



Әlaqәli Xәbәrlәr