BMT Təhlükəsizlik Şurası Türkiyənin YPG mövqelərinə artilleriya zərbələrində narahatdır

Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasında Türkiyənin YPG mövqelərinə artilleriya zərbələri məsələsi müzakirə olundu.

433940
BMT Təhlükəsizlik Şurası Türkiyənin YPG mövqelərinə artilleriya zərbələrində narahatdır

Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasında Türkiyənin YPG mövqelərinə artilleriya zərbələri məsələsi müzakirə olundu.

Şuranın fevral ayı sədri və Venesuelanın daimi nümayəndəsi Rafael Ramirez Carreno iclasdan sonra verdiyi açıqlamada Şura üzvlərinin Türkiyənin Suriyanın şimalına artilleriya zərbələrindən narahat olduqlarını və Türkiyəni beynəlxalq hüquqa əməl etməyə çağırma məsələsində razılıq əldə etdiklərini bildirdi.

Qərb diplomatları iclasda bu məsələ barədə konsensus olmadığını bildirərək Venesuela təmsilçisinin söylədiklərini təkzib etdilər. Bundan sonra Carreno açıqlamasını: "Üzv ölkələr Suriyadakı vəziyyət, humanitar yardım qüvvələrinin bombalanması və bir çox məsə ilə əlaqədar narahatlıqlarını bildirdilər" şəklində düzəltdi.

Şuranın bu məsələni müzakirə etdiyini, ancaq hər hansı bir yazılı qərarın qəbul edilmədiyini qeyd edən Carreno: "Biz iclasda məsələ ilə bağlı narahatlığımızı bölüşdük, ancaq hər hansı bir mətn qəbul etmədik. Hər kəsə açıq şəkildə bildirmək istəyirəm ki, Şurada məsələ ilə bağlı mətbuat bəyanatı, sədrlik bəyannaməsi, ya da qətnamə mətni qəbul edilmədi" dedi.

Qeyd edək ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Daimi Nümayəndəsi Xalid Çevik də, Carrenonun ikinci açıqlamasından əvvəl, Təhlükəsizlik Şurasında birgə qərar qəbul olunmadığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr