ABŞ YPG-ni gərginliyi artırmamağa çağırdı

Amerika Birləşmiş Ştatları terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-yə gərginliyi artırmamağa çağırdı.

433937
ABŞ YPG-ni gərginliyi artırmamağa çağırdı

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında Hələbin şimalında, Azezdə rusların havadan, YPG-nin isə qurudan hücumlarına şərh verərək:" YPG-nin hərəkətləri zərər vericidir və DEAŞ-la mübarizəmizə zərbə endirir"dedi.



Türkiyənin NATO müttəfiqi olduğunu və DEAŞ-a qarşı aparılan əməliyyatlarda mühüm rol oynadığını xatırladan Toner, YPG haqqında Türkiyənin narahatlıqlarından xəbərdar olduqlarını dilə gətirdi.



Toner YPG-yə Türkiyə və digər ərəb müxalif qüvvələrlə gərginliyi yüksəldəcək hərəkətlərdən çəkinməsi üçün çağırış etdiklərini bildirdi.



"YPG Minnağ hava bazasından çəkilməlidir" deyən Mark Toner YPG-ni bu bazada və Azez bölgəsində dəstəkləmədiklərini dilə gətirdi.



Toner YPG terror təşkilatının Azezə rus hava qüvvələri ilə koordinasiyalı bir şəkildə hücumu barədə suala cavab olaraq belə bir əlaqəni görmədiklərini dedi.



Suriyanın şimalında DEAŞA qarşı yönələn YPG səylərini dəstəkləməyə davam edəcəklərini deyən Toner: "YPG-ni döyüşən bir qüvvə kimi görürük, amma eyni zamanda bu məsələdə də açıq olmalıyıq. YPGN-nin Türkiyə və digər qruplarla o bölgədə gərginliyi artıracaq şəkildə aksiyalar keçirməsini, ya da ərazi hakimiyyəti qazanmasını istəmirik"deyə danışdı.



Әlaqәli Xәbәrlәr