İran Xarici İşlər Naziri Brüsseldədir

İran Xarici İşlər Naziri Cavad Zərif Brüsseldə səfərdədir

433738
İran Xarici İşlər Naziri Brüsseldədir

İran Xarici İşlər Naziri Cavad Zərif Brüsseldədir

"Suriyada hərbi üsullarla nəticə əldə olunmayacağını bütün tərəflər başa düşdü" deyən Cavad Zərif beynəlxalq sülh danışıqlarını dəstəklədiyini vurğuladı.

İran Xarici İşlər Naziri dünən Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə Nümayəndəsi Frederica Mogherini ilə bir araya gəldi.

Mogherini İranla Qərbin nüvə müqaviləsindən sonra Suriya başda olmaq üzrə bir sıra beynəlxalq məsələdə əməkdaşlıq etmək istədiyini qeyd etdi.

Suriyadakı böhranın siyasi danışıqlar yolu ilə həll edilməli olduğunu bildirən Zərif atəşkəsin şərt olduğunu vurğuladı.

Zərif nüvə müqaviləsindən sonra Amerika Birləşmiş Ştatlarından daha ciddi addımlar gözlədiyini bildirdi..



Әlaqәli Xәbәrlәr