" Bәşәr Əsəd xalqını Rusiyanın köməyi ilә qətlә yetirir"

Bu sözlәri Fransa prezidenti Fransua Hollande ''TF1'' kanalına müsahibәsindә deyib.

431703
" Bәşәr Əsəd xalqını  Rusiyanın  köməyi  ilә qətlә yetirir"

Fransa Prezidenti Fransua Hollande " Bәşәr Əsəd xalqını Rusiyanın da köməyi ilә qətlә yetirir" deyib.

Fransız ''TF1'' kanalına müsahibә verәn Hollande Rusiyaya Suriyada hәrbi fəaliyyətlərini dayandırması ilә әlaqәdar çağırış edib. O, Rusiyanın tәşkil etdiyi hava zәrbәlәrinә görә minlәrlә insanın ev-obalarından didәrqin düşdüyünü bildirib.

Fransua Hollande Əsəd rejiminin getmәsi üçün lazımi addımların atılmasının vacib olduğunu qeyd edib.

Fransa, İraq və Suriyada terror təşkilatı DEAŞ-a qarşı olan hava əməliyyatlarında fəal iştirak edәn ölkәlәrdәndir.

Ötәn gün vәzifәsindәn istefa edәn Fransanın xarici işlər naziri Laurent Fabius verdiyi açıqlamada Suriya mәsәlәsindә ABŞ prezidenti Barak Obamanı tәnqid etmişdi vә Vaşinqtonun meydanı boş buraxmasına görә Moskvanın orda aktivlәşdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr