Türkiyənin DEAŞ-dan neft aldığına dair dəlil yoxdur

Bu fikri İsrailin xarici işlər nazirinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında səsləndirdi.

425441
Türkiyənin DEAŞ-dan neft aldığına dair dəlil yoxdur


ABŞ Xarici İşlər Nazirliyi İsrail müdafiə naziri Moşe Yaalonun: "Türkiyə DEAŞ-dan neft alaraq, onu maliyyə cəhətdən dəstəklədi" şəklindəki iddiasına qatılmadıqlarını bildirdi.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner gündəlik mətbuat konfransında İsrail müdafiə naziri Yaalonun Afina səfəri zamanı yunan həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə haqqındakı fikirlərinə münasibət bildirdi.

Toner mövzu haqqında daha əvvəl ABŞ rəhbərliyinin mövqeyini çatdırdıqlarını xatırladaraq:"Biz bu fikirlə razılaşmırıq" dedi.

Türkiyənin terror təşkilatı DEAŞ-dan nefti satın aldığına dair bir dəlilin olmadığını bildirən Toner: "Biz bu istiqamətdə hər hansı bir fakta rast gəlmədik" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr