İsveç 80 min miqrantı ölkǝdǝn çıxaracaq

İsveç hakimiyyəti qaçqın statusu verməkdən imtina etdiyi təqribən 80 min miqrantı ölkədən çıxarmağı planlaşdırır.

425227
İsveç 80 min miqrantı ölkǝdǝn çıxaracaq

İsveç hakimiyyəti qaçqın statusu verməkdən imtina etdiyi təqribən 80 min miqrantı ölkədən çıxarmağı planlaşdırır.

İsveçin Daxili işlər naziri Anders İqemanın (Anders Ygeman) sözlərinə görə, planlaşdırılan bu prosesǝ bir neçə il vaxt sərf oluna bilər.

2015-ci ildə İsveçdə qaçqın statusu almaq üçün 163 min insan müraciət edib. Onlardan təqribən 59 min nəfərin müraciətinə baxılıb və yarısı qəbul olunub.

“Dagens İndustri" qǝzeti deportasiya planının İsveçin qaçqınlarla bağlı siyasǝtindǝ nümunǝsi olmayan bir vǝziyyǝt olduğunu vurğulayaraq, bunun bir il boyunca hǝr gün 200 qaçqının ölkǝdǝn çıxarılacağı mǝnası daşıdığını yazıb.

Nazir İqeman deyib ki, ilk planda qaçqınların könüllü olaraq ölkǝdǝn ayrılması üçün şǝrait yaradılacaq. Ancaq bunda uğurlu olunmayacağı tǝqdirdǝ tǝzyiq etmǝk mǝcburiyyǝtindǝ qalına bilǝr.



Әlaqәli Xәbәrlәr